08:09 12 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
XƏBƏRLƏR
Qısa URL
8 0 0

Türkiyə Prezidenti: "Əgər hakimiyyət dəyişikliyinə ehtiyac varsa, bunu ordu yox, Ermənistan xalqı həyata keçirməlidir"

BAKI, 26 fevral — Sputnik. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ənənəvi olaraq cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadla verdiyi xəbərə görə, Ərdoğan fevralın 25-də Ermənistanda baş vermiş dövlət çevrilişinə cəhd hadisəsinə də öz münasibətini bildirib.

"Dövlət çevrilişinin bütün formalarına qarşıyıq. Ordunun işə qarışıb dövlət çevrilişinə çağırış etməsini qəbul etmək mümkün deyil. Əgər hakimiyyət dəyişikliyinə ehtiyac varsa, bunu ordu yox, Ermənistan xalqı həyata keçirməlidir", – deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, fevralın 25-də Yerevandakı Azadlıq meydanında birləşmiş müxalifətin mitinqi keçirilib. "Vətənin xilası uğrunda hərəkat" etirazların ikinci mərhələsi və müddətsiz aksiyaların keçirildiyini elan edib. Baş nazir Nikol Paşinyanın əleyhdarları Baqramyan prospekti boyunca yürüş edərək parlamentə girişləri bağlayıblar.

Müxalifətin aksiyası ilə yanaşı, Paşinyanın tərəfdarları da mitinq keçiriblər. Onlar əvvəlcə Respublika meydanına yığışıb, sonra isə şəhərin cənubuna (faşist Njde Qareginin adı verilən meydana) yürüş ediblər.

Ermənistanda vəziyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçaturyanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

Teqlər:
Ermənistan, Ərdoğan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Əsas mövzular