05:39 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
XƏBƏRLƏR
Qısa URL
7 0 0

Tamaşanın rejissoru Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bədii rəhbəri Turqay Vəlizadədir. Tamaşadakı rolları teatrın aktrisaları Leyla Qasımova və Aida Tağıyeva canlandırıblar.

BAKI, 26 fevral — Sputnik. Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımı qurbanlarının xatirəsinə səhnələşdirilmiş "Ana fəryadı" tamaşası nümayiş etdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tamaşada müharibədə valideynlərini və yaxınlarını itirmiş gənc qızın qarşılaşdığı çətinliklərdən, həyat mübarizəsindən və ərini, övladlarını, yaxınlarını itirmiş ananın fəryadından, yaşadığı iztirablardan bəhs olunur.

Qızın işğaldan azad olunmuş yurd-yuvalarına qayıdarkən xarabalığa çevrilmiş evin dağıntıları altından tapdığı fotoalbomu, oyuncağı və nimdaş paltarları necə bağrına basmağı, hayqırtı ilə ağlamağı tamaşaçıların qəlbində dərin iz buraxıb.

  • "Ana fəryadı" tamaşası
    © Photo : Museum of Azerbaijani culture named Mirza Fatali Akhundzade in Tbilisi
  • "Ana fəryadı" tamaşası
    © Photo : Museum of Azerbaijani culture named Mirza Fatali Akhundzade in Tbilisi
  • "Ana fəryadı" tamaşası
    © Photo : Museum of Azerbaijani culture named Mirza Fatali Akhundzade in Tbilisi
1 / 3
© Photo : Museum of Azerbaijani culture named Mirza Fatali Akhundzade in Tbilisi
"Ana fəryadı" tamaşası

Xocalı faciəsinin şahidi olan həmin qız faciə barədə acı xatirələrini danışır. Sonra qızın anası səhnədə görünür. Övladının başına ruh kimi dolanan qadın onu sevməyə, bağrına basmağa, qorumağa çalışır. Qadının ruh və ya sağ olması fikri tamaşaçıların ixtiyarına buraxılır. Kiçik tamaşa ana və balanın sülhə çağırışları ilə bitir.

Tamaşanın rejissoru Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bədii rəhbəri Turqay Vəlizadədir. Tamaşadakı rolları teatrın aktrisaları Leyla Qasımova və Aida Tağıyeva canlandırıblar. Səhnə əsəri Azərbaycanın Gürcüstandakı səfirliyi və M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə nümayiş olunub.

Əsas mövzular