Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Prezident: "Rusiyanın hərbi texnikası bəzi göstəricilərinə görə dünyanın ən yaxşısıdır"

© Sputnik / Алексей Куденко / Mediabanka keçidС-300 zenit-raket kompleksi Bakıdakı Zəfər paradında
С-300 zenit-raket kompleksi Bakıdakı Zəfər paradında - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Abunə olmaq
"Ermənistandan fərqli olaraq biz heç vaxt ondan şikayətlənməmişik, ümumiyyətlə, buna səbəb də olmayıb"

BAKI, 26 fevral — Sputnik. "Ermənistan baş nazirinin "İsgəndər" raket kompleksi ilə bağlı bəyanatları bizdə də suallar doğurub. Mən bunu ironiyalaşdırmaq istəməzdim. Bu məsələyə istər Rusiyanın rəsmi şəxsləri, istər parlament üzvləri, istərsə də ekspertlər tərəfindən kifayət qədər şərh verilib ki, raketin 10% partlaması üçün gərək xeyli çalışasan".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Biz "İsgəndər" raketinin atılmasını görməmişik. Ona görə bu bəyanat səsləndiriləndə ötən gün biz yenə də maraqlandıq, ancaq yox, biz bunu görməmişik. Bu sadəcə publik şəkildə deyilmiş boş söz idi. Əsas hərbi texnikamız Rusiya istehsalıdır. Ermənistandan fərqli olaraq biz heç vaxt ondan şikayətlənməmişik, ümumiyyətlə, buna səbəb də olmayıb. Rusiyanın hərbi texnikası bəzi göstəricilərinə görə dünyanın ən yaxşısıdır, bütövlükdə, dünyanın ən yaxşılarındandır. Sadəcə, o, doğru əllərdə olmalıdır ki, sonra belə əsassız ittihamlar da olmasın ki, bu da Ermənistanda hərbi-siyasi böhrana yol açıb", - dövlət başçısı bildirib.

Xəbər lenti
0