Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Gənc yazıçı aclıqdan öldü

© © REUTERS/Hannah McKayМорг, фото из архива
Морг, фото из архива  - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Abunə olmaq
Polislər meyitin üzərində zorakılıq izləri aşkar etməyiblər. Mənzildə demək olar ki, yemək olmayıb. Qız gündəliyində son bir il ərzində quru oruc (bütün quru qidalardan imtina edərək yalnız su içmək) tutduğunu yazıb

BAKI, 25 fevral — Sputnik. Rusiyanın paytaxtı Moskva şəhərində yazıçı Adelina Şeldon yaşadığı mənzildə ölü tapılıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, yazıçının aclıqdan öldüyü ehtimal edilir.

20 yaşlı Şeldonun meyiti kirayə götürdüyü mənzilin sahibi tərəfindən aşkarlanıb. Onun sözlərinə görə, bir neçə gündür yazıçı ilə əlaqə qurmağa çalışsa da, o, telefona və mesajlara cavab verməyib. Sonra kişi mənzilə gəlib və çilingərin köməyi ilə qapını açaraq bir neçə gün əvvəl ölmüş Şeldonun meyitini tapıb. Polislər meyitin üzərində zorakılıq izləri aşkar etməyiblər. Mənzildə demək olar ki, yemək olmayıb. Qız gündəliyində son bir il ərzində quru oruc (bütün quru qidalardan imtina edərək yalnız su içmək) tutduğunu yazıb.

Adelina Şeldon XVII-XVIII əsrlərdə Fransa kral ailəsinə həsr olunmuş "Vencenosnie" kitabının müəllifi kimi tanınır. Əslən Ukraynadan olan yazıçı Edinburq Universitetinin tələbəsi idi.

Xəbər lenti
0