Bakının buz bağlayan yolları və sürücülərə tövsiyələr

© AP Photo / Janos VajdaМужчины толкают автомобиль, фото из архива
Мужчины толкают автомобиль, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Abunə olmaq
"20 Yanvar" körpüsü, "Şamaxinka dairəsi", Ziya Bünyadov Prospekti, Tbilisi Prospekti, Günəşli və Yasamal rayonu ərazisində buzlaşma var

 

BAKI, 25 fevral — Sputnik. Bəzi yollarda yenə də buzlaşma ehtimalı var. Sputnik Azərbaycan-ın xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bu barədə açıqlama verib. O hava şəraiti ilə əlaqədar olaraq bir daha sürücülərə səslənib: "Bugünkü hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xahiş edirik ki, vəziyyəti və şəraiti düzgün təhlil etsin, mümkün qədər şəxsi avtomobillərindən istifadə etməsinlər".

"Hazırda da mərkəzə doğru bütün küçə və prospektlərdə təmizlik işləri davam etdirilir. Enişli-yoxuşlu, sərt döngələr tərəfimizdən nəzarətə götürülüb, nizamlayıcı qismində ərazilərdə xidmət aparırıq. Avtomobillərin sürət həddini aşağı salmağı, ara məsafəsini normadan artıq götürməyi və yol boyu qoyulmuş yol nişanlarına uyğun hərəkət etməyi tövsiyə edirik. Həmçinin dövlət nömrə nişanlarının və işıq cihazlarının təmiz olması da vacibdir", - deyə o əlavə edib.

Qeyd edək ki, hazırda "20 Yanvar" körpüsü, "Şamaxinka dairəsi", Ziya Bünyadov prospekti, Tbilisi Prospekti, Günəşli və Yasamal rayonu ərazisində buzlaşma var.

Xəbər lenti
0