Bakıda quraşdırılan sığınacaqların ünvanları açıqlandı

© AP Photo / Rebecca BlackwellБездомный, фото из архива
Бездомный, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.02.2021
Abunə olmaq
Bu işə Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri və icra hakimiyyətinin əməkdaşları nəzarət edir.

BAKI, 24 fevral — Sputnik. Bakının 5 ərazisində isinməyə ehtiyacı olan insanlar üçün çadırlar quraşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər.

Qeyd olunub ki, çadırlar qarlı hava şəraiti olan günlərdə açıq olacaq: "Çadırlar Nərimanov rayonu - metronun çıxışı, Yasamal rayonu - İnşaatçılar metrosunun çıxışı, Binəqədi rayonu - Azadlıq metrosunun çıxışı, Sabunçu rayonu - Fətəliyev küçəsi, İmam Rza məscidinin yanında və Xəzər rayonu ərazisində quraşdırılıb".

Bu işə Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri və icra hakimiyyətinin əməkdaşları nəzarət edirlər.

Xəbər lenti
0