İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb

© AR Ministry of Internal AffairsSaxlanılan şəxslər
Saxlanılan şəxslər - Sputnik Azərbaycan, 1920, 23.02.2021
Abunə olmaq
Onların bu cəhdinin qarşısı alınıb və saxlanılaraq avtomobilləri ilə birlikdə Füzuli Rayon Polis Şöbəsinə gətiriliblər. 

BAKI, 23 fevral — Sputnik. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 22-də işğaldan azad olunmuş ərazilərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postunda xidmət aparan polis əməkdaşları “Niva” markalı iki avtomobili saxlayıblar. Yoxlama zamanı avtomobildə xüsusi geyim formasında olan sürücü və sərnişinlər hərbi qulluqçu olduqlarını bildiriblər. Lakin polisin tələbinə əsasən onlar heç bir rəsmi sənəd təqdim etməyərək israrla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstəriblər.

Onların bu cəhdinin qarşısı alınıb və saxlanılaraq avtomobilləri ilə birlikdə Füzuli Rayon Polis Şöbəsinə gətiriliblər. 

İlkin araşdırmalarla müəyyən edilib ki, xüsusi geyim formasında olan bu şəxslər – Bakı şəhər sakinləri Vüsal Abdullayev, Zahir Əlişov, Rəvan Bəşirov, Pənah İbrahimov və Rəşad Əliyev mülki şəxslər olmalarına baxmayaraq haradansa əldə etdikləri xüsusi geyim formasından qanunsuz istifadə etməklə işğaldan azad olunmuş ərazilərə keçmək niyyətində olublar.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti
0