12:29 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
XƏBƏRLƏR
Qısa URL
26420

Sakit Şirinov: Ekskavator buranı qazan zaman ərazidə sümük göründü. Yaxınlaşıb baxanda gördük ki, insan sümükləridir.

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Ağdam rayonun Əhmədağalı kəndi ərazisində kəhriz quyularında təmizləmə işləri aparan işçilər insana məxsus, kəllə, qabırğa və ayaq sümükləri aşkar ediblər. Kəhriz quyularını bərpa edən işçilərdən biri Sakit Şirinov Sputnik Azərbaycan-a bildirib ki, insan sümükləri onlar ərazidə işləyən zaman tapılıb.

"Burada işləyirdik, təsadüfən qabağımıza insan skeleti çıxdı. Həmin bu ərazi bizim qrunt çıxardıb tökdüyümüz yerdir. Ekskavator buranı qazan zaman ərazidə sümük göründü. Yaxınlaşıb baxanda gördük ki, insan sümükləridir. Digər iş yoldaşlarımızla birgə sümükləri çıxardıb yuxarı hissəyə açıq əraziyə qaldırıb yığdıq. Daha sonra da aidiyyatı qurumlara məlumat verdik."

  • Əhmədağalı kəndi ərazisində insana məxsus, kəllə, qabırğa və ayaq sümükləri aşkarlanıb
    © Sputnik / Emin Babayev
  • Əhmədağalı kəndi ərazisində insana məxsus, kəllə, qabırğa və ayaq sümükləri aşkarlanıb
    © Sputnik / Emin Babayev
  • Əhmədağalı kəndi ərazisində insana məxsus, kəllə, qabırğa və ayaq sümükləri aşkarlanıb
    © Sputnik / Emin Babayev
  • Sakit Şirinov
    © Sputnik / Emin Babayev
1 / 4
© Sputnik / Emin Babayev
Əhmədağalı kəndi ərazisində insana məxsus, kəllə, qabırğa və ayaq sümükləri aşkarlanıb

Hadisə ilə bağlı dərhal ərazi üzrə icra nümayəndəliyinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Əsas mövzular