21:24 02 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
XƏBƏRLƏR
Qısa URL
20 0 0

Məktəbin fəaliyyəti 14 günlük müddətə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin COVID testi müsbət çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonundakı 82 nömrəli məktəb də eyni səbəbdən iki həftəlik bağlanıb.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular