David Zalkaliani deytib ki, yaxın gələcəkdə Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyasına dair dövlət komissiyası yeni tərkibdə görüşəcək və məsələ ilə əlaqədar detallı müzakirələr aparılacaq.
BAKI, 20 fevral - Sputnik. Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyasına dair yeni sənədlər Azərbaycan tərəfinə təqdim edilib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri postuna namizəd David Zalkaliani parlamentin komitə iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyasına dair dövlət komissiyası yeni tərkibdə görüşəcək və məsələ ilə əlaqədar detallı müzakirələr aparılacaq.
İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilmiş və onun yaşadığı evlərdə axtarış aparılmışdı
Tibb müəssisələrinin əməkdaşları növbədənkənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar.