Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək

© Sputnik / Musa MuradliSaz ustası Mətləb
Saz ustası Mətləb - Sputnik Azərbaycan, 1920, 18.02.2021
Abunə olmaq
2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

BAKI, 18 fevral — Sputnik. Prezident İlham Əliyev "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.

Sputnik Azərbaycan-nın məlumatına görə, sərəncamda bildirilir ki, 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

Bu münasibətlə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək həvalə olunur.

 

Xəbər lenti
0