Yanacağın keyfiyyətində problem var - Dövlət Xidməti etiraf etdi

© Sputnik / Alexey Sazonov / Mediabanka keçidYanacaqdoldurma məntəqəsində plastik qaba yanacağın doldurulması
Yanacaqdoldurma məntəqəsində plastik qaba yanacağın doldurulması - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Abunə olmaq
"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqin nəticəsi olaraq yanacağın keyfiyyətində problemlər aşkarlanıb" - Məmməd Abbasbəyli.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. "Yanacağın keyfiyyəti ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Tərəfimizdən aparılan monitorinqlərə əsasən deyə bilərik ki, bu şikayətlər əsaslıdır. Monitorinqin nəticəsi olaraq yanacağın keyfiyyətində problemlər aşkarlanıb".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransı zamanı Xidmətin rəis müavini Məmməd Abbasbəyli deyib.

M.Abbasbəyli monitorinq aparılan yanacaqdoldurma məntəqələrinin sayını açıqlayıb: "Tərəfimizdən 36 yanacaqdoldurma məntəqəsində müşahidələr aparılıb və onların əksəriyyətində kənarlaşmalar müşahidə edilib. Qeyd edim ki, artıq bizim tərəfimizdən yanacağın keyfiyyətinə nəzarət və tənzimləyici metodlarla bağlı olaraq müzakirələr aparılıb, tədbirlər planı hazırlayırıq. Bu standartlarda yanacağın istehsalından tutmuş keyfiyyətinədək bütün standartlar nəzərə alınacaq. Yəqin ki, qısa müddətdə bu haqda məlumat verəcəyik".

 

Xəbər lenti
0