Rusiya terrorçuluqda günahlandırdığı azərbaycanlını beynəlxalq axtarışa verib

© AFP 2023 / ROSLAN RAHMANİnterpol
İnterpol - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Abunə olmaq
Sumqayıt şəhərində doğulan, 26 yaşlı İlkin Məlikov qanunsuz olaraq partlayıcı qurğuları əldə etmə, terrora dəstək və mütəşəkkil bir qrup tərəfindən törədilən terror aktına hazırlıqda təqsirli bilinir.

BAKI, 17 fevral — Sputnik. Rusiya hüquq-mühafizə orqanları terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

© Photo : INTERPOLİnterpolun saytından skrinşot
Rusiya terrorçuluqda günahlandırdığı azərbaycanlını beynəlxalq axtarışa verib - Sputnik Azərbaycan, 1920, 17.02.2021
İnterpolun saytından skrinşot

Məlumatda qeyd olunub ki, Sumqayıt şəhərində doğulan, 26 yaşlı İlkin Məlikov qanunsuz olaraq partlayıcı qurğuları əldə etmə, terrora dəstək və mütəşəkkil bir qrup tərəfindən törədilən terror aktına hazırlıqda təqsirli bilinir.

Onun barəsində dövlətlərarası axtarış qərarı çıxarılıb və saxlanılması üçün İnterpola müraciət edilib.

Xəbər lenti
0