CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Büdcədən siyasi partiyalara ilk vəsait ayrılıb

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов, фото из архива
Пачки азербайджанских манатов, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.02.2021
Abunə olmaq
Siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub.

BAKI, 16 fevral — Sputnik. 2021-ci ildə dövlət büdcəsindən siyasi partiyalara ilk vəsait ayrılıb.

Maliyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub.

İlin birinci rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib.

Vəsaitin ayrılması "Siyasi partiyalar haqqında" qanunun 17-1-ci maddəsinə uyğun aparılır.

Xəbər lenti
0