Ceyhun Bayramov ABŞ-ın Azərbaycandakı səfiri ilə nə danışıb?

© Sputnik / Murad OrujovМинистр иностранных дел Азербайджана Джейхун Байрамов во время встречи
Министр иностранных дел Азербайджана Джейхун Байрамов во время встречи - Sputnik Azərbaycan, 1920, 15.02.2021
Abunə olmaq
Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi apararaq, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsini müzakirə ediblər.

BAKI, 15 fevral - Sputnik. Xarici İşlər naziri Ceyhun Bayramov fevralın 15-də ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi apararaq, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0