13:22 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Tibbi-meteoroloji proqnoza görə, fevralın 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

BAKI, 14 fevral - Sputnik. Fevralın 15-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda bildirilir.

Qeyd olunur ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz  7-9, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq. 

Fevralın 15-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 3-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyək isti, yüksək dağlıq ərazilərdə 2-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, fevralın 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

 

Əsas mövzular