11:51 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
XƏBƏRLƏR
Qısa URL
81 0 0

Prezident: "Əziz qardaşım, xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbəri bizi olduqca sarsıtdı".

BAKI, 14 fevral - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev PKK-nın xain hücumu nəticəsində 13 mülki vətəndaşın ölümü ilə bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Prezidentin başsağlığı məktubunda deyilir:

"Əziz qardaşım, xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbəri bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, qətlə yetirilənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

 

Teqlər:
terror, PKK, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, prezident İlham Əliyev, İlham Əliyev

Əsas mövzular