23:36 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
XƏBƏRLƏR
Qısa URL
16 0 0

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda ən çox Ukraynadan, ən az Çexiyadan müraciət edildiyi müşahidə olunur.

BAKI, 12 fevral — Sputnik. "Yanvar ayı üzrə icrası 21 gün ərzində tamamlanan 199 müraciətçinin 138-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 61 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 30, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 28, tanınma üçün müraciət etdiyi ixtisasının ölkə ərazisində  ekvivalentinin olmaması səbəbi ilə 2 və xarici baza (bakalavr) ixtisasının tanınmaması səbəbi ilə 1 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb".

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, ixtisas seçimlərində iqtisadiyyat üzrə 34, hüquqşünaslıq üzrə 24, tibb üzrə 24, maliyyə üzrə 23, mühədislik üzrə 21, biznesin idarə edilməsi üzrə 14, beynəlxalq münasibətlər üzrə 9, turizim üzrə 7, menecment üzrə 6 və digər ixtisaslar üzrə 37 nəfər müraciətçi qeydə alınıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 59, Rusiya Federasiyasından 51, Türkiyə Respublikasıdan 46, Gürcüstandan 17, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 5, Qazaxıstan Respublikasından 5, İran İslam Raspublikasından 2, Belarus Respublikasından 2, Polşadan 2 və Çexiyadan 1 nəfərin yer aldığı müşahidə olunur.

Əsas mövzular