Polislər Xocavənddə minalar aşkar ediblər

© AR Ministry of DefenceНа территории Ходжавенда
На территории Ходжавенда - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
Əraziyə baxış keçirilən zaman Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müxtəlif adda tank və piyada əleyhinə 33 ədəd mina müəyyən edilib.

BAKI, 11 fevral — Sputnik. Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən minaların aşkar edilməsi istiqamətində uğurlu tədbir həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətlə əlaqədar Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində olan zaman orada düşmən tərəfindən qoyulmuş xeyli sayda mina aşkar ediblər.

Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 33 ədəd mina müəyyən edilib və müvafiq tədbirlərlə həmin minaların təhlükəsiz şəkildə partladılması təmin olunub.

Xəbər lenti
0