CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 696 nəfər yol-nəqliyyat hadisələrində dünyasını dəyişib

© Sputnik / Rahim MammadovYevlaxda qəza
Yevlaxda qəza - Sputnik Azərbaycan, 1920, 10.02.2021
Abunə olmaq
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 21 hadisə baş verib, nəticədə 14 nəfər həlak olub, 19 nəfər yaralanıb. Hadisələrin 76,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

BAKI, 10 fevral — Sputnik. 2020-ci ildə ölkədə 1587 və ya 2019-cu illə müqayisədə 15,1 faiz az yol-nəqliyyat hadisəsi baş verib ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 16,5 faiz azalaraq 2106 nəfər olub. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, nəticə 696 nəfər həlak olub, 1410-u isə yaralanıb.

Hadisələrin 42,6 faizi gündüz, 35,0 faizi gecə, 22,4 faizi isə toran vaxtı baş verib, 28,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Komitənin məlumatına görə, yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib ki, bu hadisələr nəticəsində həlak olanların sayı 2019-cu illə müqayisədə 6,7 faiz azalaraq 526 nəfər, yaralananların sayı 19,4 faiz azalaraq 1315 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 35,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,8 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,2 faizini, yaralananların isə 75,0 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 21 hadisə baş verib, nəticədə 14 nəfər həlak olub, 19 nəfər yaralanıb. Hadisələrin 76,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

2020-ci ildə yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3631,1 min olub. Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 6,5 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,6 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 118,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Xəbər lenti
0