Ermənistanda hərbçi müəmmalı şəraitdə ölüb

© SputnikАрмянская военная форма
Армянская военная форма - Sputnik Azərbaycan, 1920, 09.02.2021
Abunə olmaq
Müddətdən artıq hərbi qulluqçu, 1994-cü il təvəllüdlü Edvard Karlenoviç Kirakosyan müəmmalı şəraitdə ölümü ilə bağlı araşdırma başlanılıb.

BAKI, 9 fevral - Sputnik. Ermənistanın şimal-şərqindəki hərbi hissələrdən birində müddətdən artıq hərbi qulluqçu, 1994-cü il təvəllüdlü Edvard Karlenoviç Kirakosyan müəmmalı şəraitdə ölüb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə fevralın 8-də saat 12:40 radələrində mühafizə olunan ərazidə baş verib.  

27 yaşlı Kirakosyan Tavuş vilayəti hərbi komissarlığında xidmətə götürülüb.

Ermənistan Müdafiə Nazirliyi hərbçinin doğma və yaxınlarına, eləcə də xidmət yoldaşlarına başsağlığı verib. Hərbçinin ölüm səbəblərinin araşdırılacağı bildirilir. 

Xəbər lenti
0