01:57 28 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Sahibkarlığın İnkişafı Fondu 2020-ci ildə 908 layihəyə 127 milyon manatadək güzəştli kredit ayırıb Sahibkarlığın İnkişafı Fondu 2020-ci ildə 908 layihəyə 127 milyon manatadək güzəştli kredit ayırıb

BAKI, 9 fevral — Sputnik. 2021-ci ildə sahibkarlara 130 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Kənan Nəcəfov deyib.

"Bununla yanaşı, pandemiyadan zərərçəkmiş iqtisadi fəaliyyət sahələri üzrə sahibkarlara 370 milyon manat yeni biznes kreditlərinin, bu kreditlərə 222 milyon manat məbləğində dövlət zəmanətinin və 58 milyon manat faiz subsidiyasının, eləcə də mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasına 80 milyon manat vəsaitin verilməsi proqnozlaşdırılır", - deyə o bildirib.

O qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu 2020-ci ildə 908 layihəyə 127 milyon manatadək güzəştli kredit ayırıb: "Kreditlər əsasən aqrar sektora, sənaye məhsullarının istehsalı, xidmət və turizm sahələrinə ayrılıb".

Teqlər:
sahibkar, kredit, güzəşt

Əsas mövzular