"Mənim Dünyam" hər kəsin "dünya"sı olmaq üçün fəaliyyətə başladı

© AFP 2023 / MARTIN BUREAUМальчик, страдающий аутизмом, фото из архива
Мальчик, страдающий аутизмом, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.02.2021
Abunə olmaq
Bu mərkəzin əsas məqsədi sosial problemlərin həllinə yardım, sosial məsələlərlə bağlı həsas qruplara dəstək, könüllü komandasının yaradılması ilə sosial işin təşkilini daha da genişləndirməkdir.

BAKI, 9 fevral — Sputnik. Bu ildən Cəmilə Çingizqızının rəhbərlik etdiyi "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin nəzdində "Mənim Dünyam" mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mərkəz bir qrup fəal gəncin təşəbbüsü ilə yaradılıb. Bu mərkəzin əsas məqsədi sosial problemlərin həllinə yardım, sosial məsələlərlə bağlı həssas qruplara dəstək, könüllü komandasının yaradılması ilə sosial işin təşkilini daha da genişləndirməkdir.

Cəmilə xanım da yeni yaradılan mərkəz haqqında fikirlərini bildirib:

"Bu mərkəzin yaradılması təklifi bir qrup gənc tərəfindən gəldi. Gənclərə dəstək olmaq bizim İB-nin məqsədlərindəndir. İctimai Birlik olaraq bir qrup fəal gənclərlə görüş keçirdik, məqsədlərini öyrəndik və bu mərkəzin yaradılmasını düşündük. Məqsədləri sosial işin genişlənməsi, xeyriyyəçilik, könüllülük fəaliyyəti istiqamətindədir. Mərkəzə rəhbər olaraq səs çoxluğu ilə uzun illər könüllü fəaliyyət göstərən, hər zaman yardım və xeyriyyə işləri görən bir çox departament, qurum, federasiyalarda könüllülərin koordinatoru olan İbrahim Məmmədov seçildi. O, Günel Hüseynova ilə bərəbər möhtəşəm gənclərdən ibarət komanda formalaşdırmağı bacarıb. Biz bir İctimai Birlik olaraq onlara fəaliyyətlərində uğurlar arzu edirik. İnanırıq ki, "Mənim Dünyam" mərkəzinin fəaliyyəti cəmiyyət üçün yararlı olacaq".

Xəbər lenti
0