Bakıda yeniyetmə "Moyka"dan qaçırdığı avtomobillə qəza törədib

© AFP 2023 / JUSTIN SULLIVANМойка автомобиля, фото из архива
Мойка автомобиля, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.02.2021
Abunə olmaq
Araşdırmalarla həmin avtomobilin qəsəbə ərazisində idarə edilərkən “Opel” və “VAZ-2109” markalı avtomobillərlə toqquşması da müəyyən edilib.

BAKI, 8 fevral - Sputnik. Bakının Müşfiqabad qəsəbəsindəki avtomobil yuma məntəqələrinin birindən qəsəbə sakini F.Aslanlıya məxsus “BMW” markalı avtomobil qaçırılıb.

Sputnik Azərbaycan DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə məlumat daxil olub. Bildirilir ki, hadisə fevralın 2-də saat 21:00 radələrində baş verib.

Araşdırmalarla həmin avtomobilin qəsəbə ərazisində idarə edilərkən “Opel” və “VAZ-2109” markalı avtomobillərlə toqquşması da müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0