Azərbaycanda çoxsaylı yeraltı təkanlar qeydə alınmaqdadır

© AFP 2023 / TED ALJIBEСистема мониторинга сейсмической активности
Система мониторинга сейсмической активности - Sputnik Azərbaycan, 1920, 08.02.2021
Abunə olmaq
Bu gün Qobustan  stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu, Qobustan stansiyasından 31 km cənub-qərbdə Hacıqabul rayonu ərazisində, Əli-Bayramlı stansiyasında 3 baldan yüksək yeraltı təkan qeydə alınıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Bu gün Azərbaycanda maqnitudası 3 baldan yüksək olan 3 yeraltı təkan qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, hələlik bu saata olan məlumata görə, ümumilikdə ölkə üzrə 30-dan çox yeraltı təkan qeydə alınıb:

"Elə gün olur ki, 50-dən çox yeraltı təkan qeydə alınır. Bu səbəbdən bu gün hələlik 30-dan çox yeraltı təkanın qeydə alınması elə böyük rəqəm deyil. Sadəcə olaraq biz maqnitudası 3 baldan yüksək olan zəlzələlər haqda məlumatı yerləşdiririk".

Q.Yetirmişlinin sözlərinə görə, ən çox yeraltı təkanlar Şamaxı ərazisində qeydə alınıb.

Qeyd edək ki, bu gün Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində, Qobustan stansiyasından 31 km cənub-qərbdə Hacıqabul rayonu ərazisində, Əli-Bayramlı stansiyasında 3 baldan yüksək yeraltı təkan qeydə alınıb.

Xəbər lenti
0