07:41 28 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
XƏBƏRLƏR
Qısa URL
68 0 0

Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

BAKI, 5 fevral — Sputnik. Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ümid edir ki, Aİ Rusiyanın koronavirus əleyhinə "Sputnik V" peyvəndinə sertifikat verəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu o, Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşün yekunları ilə bağlı mətbuat konfransında bildirib.

"Mən bu uğur münasibətilə Rusiyanı təbrik etmək istəyirəm. Bu, bəşəriyyət üçün faydalıdır. Axı bu, o anlama gəlir ki, bizim pandemiya ilə mübarizə üçün daha çox alətimiz var", - deyə Borrell qeyd edib.

Onun sözlərinə görə, "The Lancet" jurnalında "Sputnik V" vaksininin kliniki sınaqlarının üçüncü mərhələsinin nəticələrinə dair məqaləni oxumağa şad olub.

Qeyd edək ki, fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

Həm peyvənd, həm də plasebo vurulmuş v19 866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin  - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik % 91,8 təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

Teqlər:
Avropa ittifaqı, Sputnik-V peyvəndi

Əsas mövzular