Türkiyədə vəfat edən əsgər anasının cənazəsi Vətənə gətiriləcək

© AFP 2023 / JOEL SAGETМедицинский персонал несет гроб умершего jn COVID-19 человека, фото из архива
Медицинский персонал несет гроб умершего jn COVID-19 человека, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
Azərbaycan ordusunun əsgərinin müraciətinə dərhal cavab verilib və Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Hacıyeva Afaq Yaqub qızının nəşinin ölkəmizə gətirilməsi üçün bütün addımlar atılıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən Rəşad Hacızadə anasının müvəqqəti yaşadığı Türkiyənin Balıkəsir şəhərində dünyasını dəyişməsi və mərhumun cənazəsinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan ordusunun əsgərinin müraciətinə dərhal cavab verilib və Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Hacıyeva Afaq Yaqub qızının nəşinin ölkəmizə gətirilməsi üçün bütün addımlar atılıb. Cənazə artıq Türkiyədən yola salınıb və bu gün axşam Bakıya çatacağı gözlənilir.

Qeyd edək ki, Afaq Hacızadə qızı Nərmin Hacızadənin Türkiyədə təhsil alması səbəbindən qonşu ölkədə müvəqqəti yaşayırmış.

Xəbər lenti
0