Repçi brilyant implant qoydurdu - VİDEO

© © Scott Roth / Invision / APLil Uzi Vert, arxiv şəkli
Lil Uzi Vert, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
Sosial şəbəkələrdə Lil Uzi Vertin ekstravaqant hərəkəti birmənalı qarşılanmayıb: bəzi pərəstişkarları rep ifaçısının bəzəyi və cəsarətindən məmnun qalsa da, bəziləri bunu dəlilik hesab edib.

BAKI, 5 fevral — Sputnik. Amerikalı rep ifaçısı Lil Uzi Vert alnına 24 milyon dollarlıq çəhrayı brilyant implant qoydurub.

Sputnik Azərbaycan xəbər verir ki, "Gözəllik ağrıdır" deyə reper "Instagram" hesabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Marni Life( NO STYLIST)1600 (@liluzivert)

Qeyd edək ki, o, bu qiymətli daş üçün 2017-ci ildən bəri pul yığdığını deyib.

Sosial şəbəkələrdə Lil Uzi Vertin ekstravaqant hərəkəti birmənalı qarşılanmayıb: bəzi pərəstişkarları rep ifaçısının bəzəyi və cəsarətindən məmnun qalsa da, bəziləri bunu dəlilik hesab edib.

Musiqiçinin yeni obrazı, yapon anime serialının qəhrəmanları, pokemonlar və alnında büllur olan Marvel kainat Vision qəhrəmanı ilə müqayisə edilib.

Xəbər lenti
0