Türkiyə yeni uzaqmənzilli raketlərini göstərdi – Düşmənə qorxu - VİDEO

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçidRaket zərbəsi, arxiv şəkli
Raket zərbəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
Sınaqları Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) admiralı Adnan Özbal və Sinop vilayətinin qubernatoru Erol Karaöməroğlu izləyib.

BAKI, 5 fevral — Sputnik. Türkiyənin Sinop vilayətində "Atmaca" qanadlı raketinin sınaqları keçirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin "Roketsan" şirkəti tərəfindən hazırlanan gəmi əleyhinə uzaqmənzilli raketlərinin kütləvi istehsalına başlanılacaq.

Məlumatda qeyd olunur ki, sınaqlar uğurla həyata keçirilib, raketlər şərti düşmənin bütün hədəflərini müvəffəqiyyətlə zərərsizləşdirib.

Bildirilir ki, sınaqları Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) admiralı Adnan Özbal və Sinop vilayətinin qubernatoru Erol Karaöməroğlu izləyib.

""Atmaca" raketləri dosta güvən verəcək, düşməni qorxuya salacaq", - deyə admiral qeyd edib.

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir də uğurlu sınaq münasibəti ilə "Atmaca"-nın yaradıcılarını təbrik edib.

Xəbər lenti
0