Nazirlik şəhid ailələrini və qaziləri məşğulluq proqramına cəlb edib

© © Photo: Famil MahmudbeyliAğdamda Şəhidlər Xiyabanında dilək şarları göyə qalxdı
Ağdamda Şəhidlər Xiyabanında dilək şarları göyə qalxdı - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinin, müharibənin qazilərinin, erməni terrorundan zərər çəkən şəxslərin dəstəklə təminatı işləri davam edir.

BAKI, 5 fevral — Sputnik. Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinin, bu müharibənin qazilərinin, erməni terrorundan zərər çəkən şəxslərin aktiv məşğulluq proqramları çərçivəsində dəstəklə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müharibədən sonrakı dövrdə bu kateqoriyalardan olan 2500 şəxs (o cümlədən 1200-ə yaxın şəhid ailəsi üzvü) aktiv məşğulluq proqramları ilə əhatə olunub.

Onlardan 2200-ü özünüməşğulluq proqramına cəlb edilib. Onlar seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin edilirlər. 250-dək şəxsin isə ödənişli ictimai işlər, digərləri əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları çərçivəsində məşğulluq məsələləri operativ həll olunub.

Xəbər lenti
0