Bakıda daha bir xəttə iritutumlu avtobuslar cəlb edilib

© © Baku Transport AgencyBakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobus
Bakıya gətirilən yeni “İsuzu Citibus” markalı avtobus - Sputnik Azərbaycan, 1920, 02.02.2021
Abunə olmaq
Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması təmin edilib.

BAKI, 2 fevral — Sputnik. Bakıda 217 nömrəli müntəzəm marşrut üzrə sərnişindaşımalara iritutumlu "İsuzu-Citibus" markalı avtobuslar cəlb edilib. Sputnik Azərbaycan-a bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, iritutumlu və müasir avtobusların istifadəyə verilməsi ilə bağlı Məhəmmədi kəndinin sakinləri məmnunluqlarını bildiriblər. Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması təmin edilib.

Xəbər lenti
0