Fransanın Minsk qrupundan əl çəkmək fikri yoxdur

© AFP 2023 / LUDOVIC MARINФлаг Франции, фото из архива
Флаг Франции, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.02.2021
Abunə olmaq
Fransanın Azərbaycandakı səfirliyi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanın Azərbaycana səfərinin yekunu ilə bağlı bəyanat yayıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. "Tarixi öhdəliyinə sadiq qalan Fransa, bölgədə davamlı sülh yaratmaq üçün tam səfərbər olaraq qalır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanın Azərbaycana səfərinin yekunu ilə bağlı bəyanatında deyilir.

"Cənab Lömuan Azərbaycan və Ermənistan hakimiyyətini ATƏT-in Minsk Qrupu həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə Fransanın tam səfərbər olmasına əmin etdi. O, həmçinin təcili humanitar məsələlərin həllində irəliləyişin vacibliyini vurğuladı.

Bakıda Dövlət Katibini Prezident Cənab İlham Əliyev, eləcə də Xarici İşlər, İqtisadiyyat, Maliyyə, Mədəniyyət və Təhsil nazirləri qəbul edib. Dövlət katibi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi imkanlarını, habelə əməkdaşlıq, əlaqələndirmə və regional iqtisadi inkişaf perspektivlərini müzakirə etdi. Bu münasibətlə Biləcəridə Azərbaycan Dəmir Yolları və Alstom, habelə dəmir yolu sahəsində Fransa İnkişaf Agentliyi (AFD) arasında tərəfdaşlığı təcəssüm etdirən dəmir yollarının yeni istismar deposu ilə tanış oldu. O, həmçinin fransız şirkətlərinin nümayəndələri ilə görüşüb, Bakıdakı Fransız Liseyinin müdiri və Fransa-Azərbaycan Universitetinin Baş katibi ilə söhbət etdi", - deyə məlumatda bildirilir.

Xəbər lenti
0