QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qubadlının bir kəndində 120 ədəd piyada əleyhinə mina zərərsizləşdirildi

© Sputnik / Mediabanka keçidQarabağda yolda tank əleyhinə mina, arxiv şəkli
Qarabağda  yolda tank əleyhinə mina, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.02.2021
Abunə olmaq
31 yanvar tarixində Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.

BAKI, 2 fevral — Sputnik. Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

© State Border Service of Azerbaijan RepublicQubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında zərərsizləşdirilən minalar
Qubadlının bir kəndində 120 ədəd piyada əleyhinə mina zərərsizləşdirildi - Sputnik Azərbaycan, 1920, 02.02.2021
Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında zərərsizləşdirilən minalar

Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənilir.

31 yanvar tarixində Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.

Xəbər lenti
0