Sahibə Qafarova: “Biz öz torpaqlarımızda əbədi yaşayacağıq”

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicMilli Məclisin Sədri Sahibə Qafarova
Milli Məclisin Sədri Sahibə Qafarova  - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
Sədr diqqətə çatdırıb ki, Milli Məclis Prezidentin apardığı siyasəti dəstəkləmək üçün əlindən gələni edir.

BAKI, 1 fevral — Sputnik. "Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi və müdrikliyi xalqımızı qələbədən qələbəyə aparır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin spikeri Sahibə Qafarova deyib.

"Bu gün biz qürurla söyləyirik ki, Ali Baş komandanın rəhbərliyi ilə şanlı Ordumuz ermənilər üzərində qələbəyə nail olub. Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Prezidentin də dediyi kimi bu müharibə dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Biz öz torpaqlarımıza qayıdırıq. Bu torpaqlarda əbədi yaşayacağıq", - deyə o bildirib.

Sədr diqqətə çatdırıb ki, Milli Məclis Prezidentin apardığı siyasəti dəstəkləmək üçün əlindən gələni edir.

Xəbər lenti
0