Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Filipp Kirkorov "Avroviziya-2021"də çıxış edəcək, amma Rusiyanın adından yox

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçid Rusiyanın Xalq artisti Filipp Kirkorov, arxiv şəkli
 Rusiyanın Xalq artisti Filipp Kirkorov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, koronavirus pandemiyasına görə "Avroviziya-2020" Mahnı Müsabiqəsi ləğv edilmişdi. Builki müsabiqədə Rusiyanı kimin təmsil edəcəyi isə hələlik məlum deyil

BAKI, 29 yanvar — Sputnik. Rusiyanın Xalq artisti, müğənni Filipp Kirkorov "Avroviziya-2021"də çıxış edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə "Instagram" hesabında məlumat verib. Müsabiqədə Moldovanı təmsil edəcəyini deyən F.Kirkorov "Avroviziya-2021"də moldovalı müğənni Nataliya Qordienko ilə birlikdə iştirak edəcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə "Avroviziya-2020" Mahnı Müsabiqəsi ləğv edilmişdi. Builki müsabiqədə Rusiyanı kimin təmsil edəcəyi isə hələlik məlum deyil.

Məlumat üçün bildirək ki, müğənni ikinci dəfədir ki, sözügedən müsahibədə iştirak edib. Belə ki, 1995-ci ildə Dublində keçirilən yarışda Rusiyanı "Колыбельная для Вулкана" mahnısı ilə təmsil etmişdi. 

Xəbər lenti
0