17:00 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
XƏBƏRLƏR
Qısa URL
43 0 0

“Azərbaycan Hava Yolları” fevralın 15-dən etibarən Bakı-Dubay-Bakı marşrutu üzrə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.

BAKI, 28 yanvar - Sputnik. Fevralın 15-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Dubay-Bakı marşrutu üzrə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.

“Azərbaycan Hava Yolları” QSC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, növbəti ayda, 15 və 22 fevral tarixlərində AZAL qeyd edilən istiqamətdə iki uçuş yerinə yetirəcək.

Mart ayından etibarən isə Dubay istiqamətində uçuşların sayı artırılaraq həftədə iki dəfə - birinci və beşinci günlər olacaq.

Qeyd edilən reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytı vasitəsilə almaq mümkündür.

Bakı-Dubay istiqamətində aviareysin sərnişinləri aşağıdakıları etməlidirlər:

- vizası olmayan və ya vizasının qüvvədə olma müddəti bitən sərnişinlər BƏƏ-yə əvvəlcədən viza rəsmiləşdirməlidirlər. Pandemiya dövründə ölkəyə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-dubai ;

- Dubaya gəlməzdən əvvəl "COVID-19 DXB Smart App" tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər;

- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar (çap olunmuş formada və ingilis dilində). COVID-19 testini vermək üçün Azərbaycandakı klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics

Dubay-Bakı istiqamətində aviareysin sərnişinləri aşağıdakıları etməlidirlər:

- Azərbaycana giriş hüququnu yoxlamalıdırlar. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı burada qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-azerbaijan;

- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar. Testin nəticəsinin həqiqiliyi uçuşun başlandığı hava limanında qeydiyyat masasında ALHOSN UAE mobil tətbiqi vasitəsilə (bu tətbiq AppStore, Google Play, GalaxyStore və AppGallery-də mövcuddur) xüsusi QR-kodla, yaxud həkimin imzası və möhür, həmçinin QR-kodun əks olunduğu arayış vasitəsilə yoxlanılacaq. Dubayda koronavirus infeksiyasına analiz vermək üçün tövsiyə olunan laboratoriyaların siyahısı ilə həmçinin burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-dubai. 

Hər iki istiqamətdə uçan sərnişinlər üçün:

- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmaq lazımdır;

- pandemiya dövründə AZAL aviaşirkətinin tətbiq etdiyi xüsusi daşıma qaydaları ilə tanış olmaq: https://youtu.be/-s-0s4o1L2M 

Teqlər:
AZAL, Dubay şəhəri, Dubay-Bakı aviareysi, Dubay

Əsas mövzular