21:38 02 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Onların digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

BAKI, 28 yanvar — Sputnik. Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən ilin noyabr-dekabr və cari ilin yanvar aylarında rayon ərazisində yerləşən otlaq sahələrindən və tövlələrdən silsilə şəkildə mal-heyvan oğurlayaraq vətəndaşlara zərər vuran şəxslər aşkar olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bir qrup rayon sakini Beyləqan RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus iribuynuzlu heyvanların oğurlandığı barədə məlumat veriblər. Məlumatla əlqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Raci Cəfərov, Beyləqan rayon sakini Əhliman Abbasov və Şamaxı rayon sakini Etibar Nuriyev saxlanılıb. Araşdırmalarla onların 8 baş iribuynuzlu heyvanı oğurlayaraq rayon sakinlərinə 8750 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Hər 3 şəxs dindirilmə zamanı törətdikləri cinayət əməllərini etiraf edib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Əsas mövzular