"Qaçqınkom"da dəyişiklik baş verib

© Sputnik / Zulfiyya GuluyevaSəbaildə yataqxana
Səbaildə yataqxana - Sputnik Azərbaycan
Abunə olmaq
Miqrasiya, məşğulluq və status şöbəsi isə Regional idarəetmə və status şöbəsi ilə əvəzlənib, həmçinin ayrıca Məşğulluq sektoru yaradılıb.

BAKI, 27 yanvar — Sputnik. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək, idarəetmənin səmərəliliyini artırmaq məqsədilə struktur dəyişikliyi aparılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə qurum məlumat yayıb.

Belə ki, Hüquq və İnsan resursları sektorları ləğv edilərək, onların bazasında Hüquq və kadrlar şöbəsi yaradılıb.

Miqrasiya, məşğulluq və status şöbəsi isə Regional idarəetmə və status şöbəsi ilə əvəzlənib, həmçinin ayrıca Məşğulluq sektoru yaradılıb.

İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin İnformasiya texnologiyaları və Elektron idarəetmə sektorları birləşdirilib.

Sosial təminat və kommunal xidmətlər şöbəsinin tərkibindəki Sosial təminat və kommunal xidmətlər sektorunun əvəzinə hər iki istiqamət üzrə iki ayrı sektor təşkil edilib. Aparatın tərkibində yeni Monitorinq şöbəsi yaradılıb.

Bundan başqa, komitənin Göygöl və Bakı şəhərinin Pirallahı rayonu üzrə yerli bölmələri ləğv edilib.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 noyabr tarixli 652s nömrəli Sərəncamı əsasında Dövlət Komitəsi aparatı işçilərinin ümumi say həddi 88-ə çatdırılıb.

Xəbər lenti
0