Bakıda zavodda yanğın baş verib, xəsarət alan var

© Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanПожар на рынке стройматериалов EuroHome, 11 мая 2020 года
Пожар на рынке стройматериалов EuroHome, 11 мая 2020 года - Sputnik Azərbaycan
Abunə olmaq
Nərimanov rayonunda ümumi sahəsi 100 kvadratmetr olan polietilen istehsalı sexində yanğın olub, alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKI, 27 yanvar - Sputnik. Paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 100 kvadratmetr olan polietilen istehsalı sexində karton tullantıları yanıb. Yüksək temperaturdan obyektin lambirindən ibarət tavanı əriyib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, yanğın zamanı bir nəfər xəsarət alıb. Müəssisədəki dəzgahlar yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0