İlham Əliyev Abbasqulu ağa Bakıxanovun nəticəsi ilə bağlı sərəncam verdi

© AFP 2023 / BRENDAN SMIALOWSKIПодпись документа, фото из архива
Подпись документа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəstəkar Tofiq Əhməd Ağa oğlu Bakıxanov yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.

BAKI, 27 yanvar — Sputnik. Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov "Şərəf" ordeni ilə təltif edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Məlumat üçün bildirək ki, Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu ağa Bakıxanovun (təxəllüsü Qüdsi) nəticəsidir. T.Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir.

O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir. Bəstəkar yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.

Xəbər lenti
0