Nigeriya sahillərində öldürülən azərbaycanlının cəsədi Bakıya gətirildi - VİDEO

© Photo : TRENDFərman İsmayılovun nəşi Bakıya gətirildi
Fərman İsmayılovun nəşi Bakıya gətirildi - Sputnik Azərbaycan
Abunə olmaq
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, daha sonra isə Azərbaycana gətirilib.

BAKI, 27 yanvar — Sputnik. Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu dəqiqələrdə onun cənazəsi təyyarədən yerə endirilir.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində "Motsart" adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.

Xatırladaq ki, Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, daha sonra isə Azərbaycana gətirilib.

Xəbər lenti
0