Milli Məclis gənc ailələrin sosial vəziyyətini müzakirəyə çıxaracaq

© pixabay / TheVirtualDeniseСемья, фото из архива
Семья, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu məsələ parlamentin Ailə, qadın və uşaq məsələləri Komitəsinin 2021-ci ilin yaz sessiyasının işlər planına daxil edilib.

BAKI, 25 yanvar — Sputnik. Milli Məclisdə 2 fevral – Gənclər Günü ərəfəsində "Gənc ailələrin sosial vəziyyəti" mövzusunda geniş videokonfrans keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin yaz sessiyasının işlər planına daxil edilib.

Qeyd edək ki, yanvarın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Xəbər lenti
0