ABŞ ordusu döyüşməyi xaricdə öyrənir: Vaşinqton dəniz piyadalarını Şimala niyə yerləşdirir

© AFP 2023 / U.S. Air Force photo by Technical Sgt. Lionel CastellanoABŞ “Dəniz Pişikləri”, arxiv şəkli
ABŞ  “Dəniz Pişikləri”, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Real müharibə şəraitində Şimali Norveç dərhal Rusiyanın Murmansk şəhərinə gedən yolda NATO-nun əsas döyüş meydanına çevriləcək".

BAKI, 25 yanvar — Sputnik, Nikolay Protopopov. ABŞ ordusu Norveçdə, bilavasitə Rusiya sərhədləri yaxınlığında möhkəmlənir. Yanvar ayında buraya təxminən min dəniz piyadası yerləşdirilib. Bununla yanaşı, Amerika siyasətçiləri və generalları Arktikada gərginliyin artdığını vurğulayırlar ki, mütəxəssislərin fikrincə, bu vəziyyəti də elə onların özləri yaradır. Pentaqonun Norveçi hansı vəziyyətə hazırladığı barədə – RİA Novosti-nin növbəti materialında.

Vikinqlərin qonağı

Dəniz piyadaları guya bir rotasiya çərçivəsində Şimali Karolinadan Norveçə köçürülüb. Artıq bir neçə ildir ki, amerikalılar bu hiyləyə əl atırlar - bəzi hərbi bölmələr digərləri ilə əvəz olunur və ABŞ hərbi kontingenti praktik olaraq bu ölkədə daim mövcuddur.

Dəniz piyadalarının döyüş tapşırığı – Norveç qurumlarının rəhbərliyi altında Arktikanın kəskin iqlim şəraitində döyüş aparmaq və NATO-dan olan həmkarları ilə sıx əlaqə qurmaqdan ibarətdir.

Fevral ayında amerikalılar, norveçlilər, eləcə də hollandlar və ingilislər, ümumilikdə on mindən artıq döyüşçü "Joint Viking 2021" irimiqyaslı manevrlərində iştirak edəcək. NATO üzvləri qoşunların uzun məsafələrə sürətli hərəkətini inkişaf etdirəcək, bütün səviyyələrdə məlumat mübadiləsi üsullarına yiyələnəcək və bir neçə ortaq əməliyyat keçirəcəklər.

Dəniz piyadaları döyüşlərdən daimi dislokasiya məntəqəsinə qayıdıb - Sputnik Azərbaycan
Dəniz piyadaları döyüşlərdən daimi dislokasiya məntəqəsinə qayıdıb

"Joint Viking" təlimləri hər il keçirilir. Qoşunlar - zirehli texnika, artilleriya, təyyarələr, gəmilər və sualtı qayıqlar - əsasən meşə və dağlıq bölgələrdə bir neçə yüz kvadrat kilometrlik ərazidə yüksək intensiv döyüş əməliyyatlarını imitasiya edirlər.silahlar

 

Hərbi ekspert Aleksandr Jilin RİA Novosti-yə verdiyi müsahibədə qeyd edib ki, ABŞ-ın hərbi doktrinasına görə, bu ölkənin ordusu döyüşməyi, əsasən, xaricdə öyrənir.

"Bu səbəbdən dövlətin siyasəti elə qurulub ki, Amerika hərbçiləri daimi şəkildə döyüş, kəşfiyyat əməliyyatları həyata keçirmək, dəniz yollarını araşdırmaq üçün fasiləsiz olaraq başqa ölkələrin ərazilərində peyda ola bilsin. Birgə əməliyyatlara da xüsusi diqqət yetirilir, çünki ABŞ həmişə başqalarının əli ilə döyüşür", – deyə Jilin vurğulayır.

Ekspertin sözlərinə görə, indi də ABŞ və NATO inadla Arktikaya dair iddialarından əl çəkmək istəmədiklərindən Pentaqon vəziyyəti süni şəkildə gərginləşdirir.

Jilin əmindir ki, dəniz piyadalarının təlimləri müdafiə deyil, hücum xarakteri daşıyacaq: "O cümlədən, Rusiya əleyhinə də hərəkətlərə başlayacaqlar. NATO-nun Avropadakı manevrlərini bütövlükdə təhlil edəndə aydın olur ki, bütün bunlar Moskva üçün gərginlik zonaları yaratmaq məqsədilə təşkil edilir. Ordumuz, xüsusən Norveçdə baş verənlərə reaksiya verməyə bilməz. Biz vəziyyətə tam nəzarət etməliyik, hər hansı bir təxribata yol verməməliyik".

Şimal müharibə meydanı

"Valday" analitika klubunun mütəxəssisi Artyom Kureyev bildirir ki, əslində, amerikalıların Alyaska yarımadasında Arktikadakı hərbi əməliyyatların taktiki təlimləri üçün inkişaf etdirilmiş infrastrukturu mövcuddur, bununla belə, onlar yenə də Norveçdə təlim keçməyə üstünlük verirlər.

"Çünki bu, NATO lideri kimi ABŞ üçün mühüm əhəmiyyət daşıyır. Norveç alyansın ən köhnə üzvlərindən birdir. Oslo Rusiyanı potensial düşmən kimi görür. Soyuq müharibə dövründə norveçlilər Arktikada SSRİ-yə qarşı infrastruktur yaradıb onu inkişaf etdirmişdilər. Bu, indi də davam edir. Real müharibə şəraitində Şimali Norveç dərhal Rusiyanın Murmansk şəhərinə gedən yolda NATO-nun əsas döyüş meydanına çevriləcək", – deyə ekspert vurğulayır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun yeni Arktika strategiyası da Vaşinqtonun Arktikada möhkəmlənmək və digər ölkələri oradan sıxışdırıb çıxarmaq istəyindən xəbər verir. Orada xüsusilə vurğulanır: "Amerika hərbi dəniz donanmasının Arktika bölgəsində mövcud olmaması Rusiya və Çinin dünyada sülhü və rifahı daha çox təhdid etməsinə səbəb ola bilər".

ABŞ Həbi Dəniz Qüvvələrinin rəhbəri Kennet Breytueytin də vurğuladığı kimi, Pentaqon Rusiya sahillərinə yaxın ərazidə patrul xidməti aparmaq və "Moskvanın Uzaq Şimaldakı hücumlarının" qarşısını almaq üçün Arktikadakı hərbi gəmilərini və sualtı qayıqlarını daimi orada saxlamağı planlaşdırır. Üstəlik, güclü quru qüvvələri də Arktikada cəmləşdiriləcək.

Ударная авианосная группировка ВМС США во главе с авианосцем Карл Винсон - Sputnik Azərbaycan
TƏHLİL
ABŞ hərbi donanması silahını haraya tuşlayıb?

Norveçin müdafiə naziri Frank Bakke-Yensen isə öz növbəsində ölkəsinin təhlükəsizlik siyasətindəki əsas istiqamətlərin Arktika və Rusiyanın bölgədəki fəaliyyətlər ilə bağlı olduğunu və transatlantik əlaqələrin burada "təməl daşı" rolunu oynadığını bildirib. Nazirin sözlərinə görə, Norveç bu fəaliyyətlərdə iştirak etmək və müttəfiqlərlə qarşılıqlı əlaqələrini gücləndirmək niyyətindədir.

Bütün cəbhə boyunca

Qeyd etmək lazımdır ki, ABŞ artıq Şimalda xeyli möhkəmlənə bilib və bu işdə Norveçin rolu böyükdür. Belə ki, sentyabr ayında əsas missiyası Rusiya sualtı qayıqlarının marşrutlarını izləmək olan Norveçdəki Tromsö limanına "Seawolf" sinfinə məxsus sualtı nüvə qayığının yerləşdirilməsi barədə məlumat verildi. Bir qədər əvvəl isə ABŞ "Şimalda Rusiyanın qarşısını almaq" məqsədilə Atlantik, Sakit və Şimal Buzlu okeanlarının bir hissəsinə cavabdeh olan, büdcəyə qənaət üçün 2011-ci ildə ləğv olunmuş ikinci donanmasını bərpa etdi.

Soyuq müharibənin başqa bir əks-sədası Rusiya sərhədindən cəmi 350 kilometr məsafədə yerləşən Norveç yeraltı dəniz bazası olan Olavsverndir. 1960-cı illərdə inşa edilmiş və 300 metrlik bir qaya təbəqəsi ilə qorunan bu nəhəng bunkerdə NATO sualtı qayıqları və gəmiləri yerləşdirilir, hərbi sursat saxlanılırdı. Qərb koalisiyasının bu donanması hər zaman sovet donanmasının Norveç dənizinə və Şimali Atlantikaya girişini bağlaya bilər. 2000-ci illərin sonunda baza lazımsız hesab olunduğu üçün bağlanmışdı, amma indi onu yenidən bərpa etmək planlaşdırılır.

Pentaqon Arktikada hərbi hava qüvvələrinin möhkəmləndirilməsi ilə də ciddi şəkildə məşğul olmağa başlayıb. Belə ki, keçən il Amerika və Norveç hərbi hava qüvvələrinin genişmiqyaslı təlimləri baş tutub. Altı ədəd B-52 "Stratofortress" strateji bombardmançısı eyni anda Şimal qütbünün üstündən uçaraq Norveçin Hərbi Hava Qüvvələrinə məxsus qırıcıları ilə təlim uçuşları həyata keçirib. Və bu yaxınlarda o da məlum olub ki, Pentaqon fevral ayında Texasdan "körfəzlər ölkəsi"nə, Erland hava bazasına dörd ədəd səsdən sürətli B-1BLancer "strateq"i ötürəcək.

 

Xəbər lenti
0