14:11 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Polis əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda Xaçmaz rayonu Xudat şəhər sakini Telman Vəliyevin idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar.

BAKI, 24 yanvar - Sputnik. Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində qurulmuş postda Xaçmaz rayonu Xudat şəhər sakini Telman Vəliyevin idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba rayonu üzrə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şöbə əməkdaşları sürücünün sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər. Bu zaman oradan T.Vəliyevə məxsus qanunla ovlanması qadağan edilmiş ümumi çəkisi 20 kiloqrama yaxın beş ədəd nərə balığı aşkar edilib.

T.Vəliyev qanunvericiliyə uyğun olaraq saxlanılaraq şöbəyə gətirilib. Faktla əlaqədar Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Teqlər:
Xudat, Xaçmaz, karantin, nərə balığı

Əsas mövzular