12:37 06 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
XƏBƏRLƏR
Qısa URL
29 0 0

Hələ 2003-cü ildə ölkə başçısının tapşırığı ilə Hövsanda aerasiya stansiyası yaradıldı. Hövsan qəsəbəsinə axan bütün kanalizasiya suları təmizlənərək dənizə axıdılmalı idi. Amma...

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. "Bakı şəhərinin bütün kanalizasiya suları Xəzər dənizinə axıdılır. Bulvarda 2 metr diametrində dəmir-beton boru birbaşa Hövsan qəsbəsinə qədər davam edir. Bakıda, yamaclarda və s. olan kanalizasiya suları dənizə yönəldilir".

Bu barədə Sputnik Azərbaycan-a danışan professor Fərzəli Həsənov qeyd edib ki, həmin sular Hövsanda sovetlər dövründə xüsusi üsulla təmizlənirdi:

"Su 1 litrində 1 qram duz qalana qədər təmizlənirdi. Duz deyiləndə bərk hissəciklər nəzərdə tutulur".

Su təmizlənməyib dənizə buraxıldıqda isə bu, insanların sağlamlığı üçün təhlükəli ola bilər.

Mütəxəssis bildirir ki, bəzən dənizkənarından pis qoxunun gəlməsi də bununla əlaqədardır.

Ekoloq Telman Zeynalovun fikrincə, Bayılda da bəzi ərazilərin kanalizasiya suları dənizə axıdılır. Axşam saatlarında bulvarda müşahidə edilən qoxunun səbəbi də budur:

"2003-cü ildə ölkə başçısının tapşırığı ilə Hövsanda aerasiya stansiyası yaradıldı. Hövsan qəsəbəsinə axan bütün kanalizasiya suları təmizlənərək, dənizə axıdılırdı. Müvafiq sistemə əsasən Bakının kanalizasiya suları Hövsana yönəldilməli, orada isə təmizlənərək, dənizə axıdılmalıdır. Amma bütün kanalizasiya suları təmizlənərək dənizə axıdılırmı? Əsas sual budur".

Kanalizasiya suları ilə bağlı bu və digər suallara cavab tapmaq üçün "Azərsu" ASC–yə müraciət etsək də, suallarımız cavabsız qaldı.

Teqlər:
Xəzər dənizi, Bakı, Hövsan Aerasiya Stansiyası, Hövsan qəsəbəsi, Hövsan

Əsas mövzular