Amerikalı tanınmış aparıcı vəfat edib

© Sputnik / Aleksey Yushenkov / Mediabanka keçidАмериканский телеведущий Ларри Кинг, фото из архива
Американский телеведущий Ларри Кинг, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Larri Kinq 1933-ci ildə ABŞ-da belaruslu mühacirlərin ailəsində anadan olub. O, 2017-ci ildən ağciyər xərçəngi ilə mübarizə aparırdı

BAKI, 23 yanvar — Sputnik. Amerikalı tanınmış teleaparıcı Larri Kinq 87 yaşında dünyasını dəyişib.

RİA Novosti xəbər verir ki, Kinq ABŞ-ın Los-Anceles şəhərində vəfat edib.

Larri Kinq 1933-ci ildə ABŞ-da belaruslu mühacirlərin ailəsində anadan olub. O, 2017-ci ildən ağciyər xərçəngi ilə mübarizə aparırdı.

Qeyd edək ki, Larri Kinq 1985-ci ildən 2010-cu ilə qədər CNN-nin "Larry King Live", 2012-ci ildən 2012-ci ilədək "Larry King Now" tok-şoularının aparıcısı olub.

Xəbər lenti
0