12:38 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
XƏBƏRLƏR
Qısa URL
34 0 0

Həmin şagirdlər Apelyasiya Şurasına müraciət edə və növbəti ayda əyani şəkildə qiymətləndirmədə iştirak edə bilər.

BAKI, 21 yanvar — Sputnik. "Məktəbdaxili qiymətləndirmə zamanı nəticədən narazı olanlar yenidən müraciət edə bilərlər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib. Onun sözlərinə görə, şagirdin biliyinin yenidən qiymətləndirilməsi məsələsi hələ qüvvədədir:

"Həmin şagirdlər Apelyasiya Şurasına müraciət edə və növbəti ayda əyani şəkildə qiymətləndirmədə iştirak edə bilər".

V.Yaqublu qeyd edib ki, məktəbdaxili qiymətləndirmədə hər bir fənn müəllimi sualları özü hazırlayır: "100 ballıq şkalaya uyğun sual sayı təyin edilə bilər. Qiymətləndirilmə jurnalında summativ və yarımilliyin qiyməti qeyd olunacaq".

Əsas mövzular