Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Bu gün bütün bölgələrdə olduğu kimi Qubada da şəhidlər böyük ehtiramla yad edilib. Güclü qar yağmasına baxmayaraq, şəhidlər xiyabanına böyük insan axını olub.
Ziyarət edənlər arasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon rəsmiləri də iştirak edib. Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
Magistral yolun kənarında olan kolluq ərazidə baş vermiş yanğın avtomobillərin gediş-gəlişində çətinliklər yaradıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.
Sürücülərin nəqliyyat vasitələrini hündür mərtəbəli binaların yaxınlığında, eyvanların altında və aşmağa meyilli ağacların ətrafında park edilməsi olduqca təhlükəlidir.