20:28 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Şəhərdə törədilə biləcək kütləvi qırğının qarşısını almaq üçün vətənpərvər lənkəranlılar sovet ordusunun diqqətini yayındırmaq məqsədilə Haftoni meşələrinə çəkiliblər.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. "1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalanların 11 nəfəri lənkəranlılardır."

Azərbaycan xalqının qan yaddaşı, milli azadlıq hərəkatının silinməz səhifəsi olan 20 yanvar faciəsinin 31-ci ildönümü Lənkəranda da qeyd olunub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbir şəhidlərin xatirə kompleksinin ziyarət olunması ilə başlayıb. Səhər saatlarından etibarən rayon sakinləri Şəhidlər xiyabanına gələrək faciə qurbanlarını anıblar.

Anım tədbirində Lənkəran İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ictimaiyyətin nümayəndələri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə qərənfil və gül dəstələri düzüblər. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.

  • Lənkəranda 20 yanvar faciəsinin 31-ci il dönümü qeyd olunub
    © Sputnik / Rahim Murad
  • Lənkəranda 20 yanvar faciəsinin 31-ci il dönümü qeyd olunub
    © Sputnik / Rahim Murad
  • Lənkəranda 20 yanvar faciəsinin 31-ci il dönümü qeyd olunub
    © Sputnik / Rahim Murad
  • Lənkəranda 20 yanvar faciəsinin 31-ci il dönümü qeyd olunub
    © Sputnik / Rahim Murad
  • Lənkəranda 20 yanvar faciəsinin 31-ci il dönümü qeyd olunub
    © Sputnik / Rahim Murad
  • Lənkəranda 20 yanvar faciəsinin 31-ci il dönümü qeyd olunub
    © Sputnik / Rahim Murad
  • Lənkəranda 20 yanvar faciəsinin 31-ci il dönümü qeyd olunub
    © Sputnik / Rahim Murad
  • Lənkəranda 20 yanvar faciəsinin 31-ci il dönümü qeyd olunub
    © Sputnik / Rahim Murad
1 / 8
© Sputnik / Rahim Murad
Lənkəranda 20 yanvar faciəsinin 31-ci il dönümü qeyd olunub

Qeyd edək ki, 1990-cı ildə azğın Sovet hakimiyyətinə qarşı lənkəranlılar da etiraz səsini ucaltmışdı. Bunun qarşısını almaq üçün Sovet ordusu 20 yanvar hadisəsindən 5 gün sonra Lənkəran şəhərinə yeridilib. Şəhərdə törədilə biləcək kütləvi qırğının qarşısını almaq üçün vətənpərvər lənkəranlılar sovet ordusunun diqqətini yayındırmaq məqsədilə Haftoni meşələrinə çəkiliblər. Lakin Vaqif Məmmədov, Salman Baxşıyev, Şahin Məmmədov, Rahim Məmmədov və Rövşən Bədəlov meşədə baş verən atışmada şəhid olublar. Daha 1 nəfər isə vertolyotda aparılarkən məftillə rus hərbçiləri tərəfindən boğularaq qətlə yetirilib.

1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalanların 11 nəfəri lənkəranlılardır. Onlardan 5 nəfəri yanvarın 19-dan 20-ə keçən gecə Bakıda törədilən qırğınlar zamanı şəhid olub. Azadlıq hərəkatının 46 üzvü isə Rusiya həbsxanasına göndərilib. Bu gün həmin hadisələr Lənkəranda 11 şəhidin şəhadət günü, Milli Azadlıq Hərəkatının hünər salnaməsi kimi xatırlanır. 31 ildir ki, bu günü yerli sakinlər Lənkərandakı Şəhidlər Xiyabanını ziyarət etməklə Vətən uğrunda şəhid olan həmyerlilərinin xatirəsini əziz tuturlar.

Teqlər:
Lənkəran rayonu, Lənkəran şəhəri, Lənkəran, 20 Yanvar qətliamı, 20 Yanvar faciəsi, "20 yanvar"

Əsas mövzular