21:56 02 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
XƏBƏRLƏR
Qısa URL
68 0 0

Azərbaycanın bölgələri arasında ilk müasir və orijinal Şəhidlər Xiyabanı kompleksi bu rayonda istifadəyə verilib.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Qan yaddaşımız olan 20 yanvar faciəsindən 31 il keçməsinə baxmayaraq, hər ilin bu günü respublikamızda Ümumxalq Hüzn günü kimi qeyd olunur, şəhidlərimizi uşaqdan böyüyə hamı yad edir. Hər birimizin and yeri olan "Şəhidlər Xiyabanı"nı qorumaq, onun abad qalmasını təmin etmək vətəndaşlıq borcumuzdur. Xaçmaz şəhərindəki Şəhidlər Xiyabanı da təməlli şəkildə təmir olunub və istifadəyə verilib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu xiyaban Azərbaycanın bölgələri arasında ilk belə müasir və orijinal kompleksdir. Xaçmaz rayon İH-in baş məsləhətçisi Yaqut Məhsimovanın sözlərinə görə, xiyaban əvvəllər baxımsız vəziyyətdə olub.

© Sputnik / Leyla Abdullayeva
Xaçmazda “Şəhidlər Xiyabanı”

2020-ci ilin mart ayından başlayaraq Xiyabanda əsaslı bərpa və yenidənqurma işləri aparılıb. Əvvəlki şəhidlər xiyabanından indi əsər-əlamət qalmayıb. Ümumi ərazisi 3000 kv.m olan yenilənmiş Xiyabanda 700 kv.m sahədə yaşıllıq və qazon salınıb, 1500 kv.m sahəyə beton tavalar - tamet daşları döşənib. Xaçmaz Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü qoyulub, 1-ci Qarabağ müharibəsində həlak olmuş 226 şəhidin , 2-ci Qarabağ müharibəsində həlak olmuş 48 şəhidin və 1 nəfər 20 yanvar şəhidinin xatirə lövhələri yenidən yüksək keyfiyyətlə hazırlanıb.

Şəhidlər Xiyabanının girişində şəhidlərimizin ölməz ruhunun ucalığını əks etdirən 17 metr hündürlüyündə ay-ulduzlu rəmzi abidə möhtəşəmliyi ilə diqqəti cəlb edir. Ərazinin işıqlandırılması üçün 8 ədəd işıq dirəyi, 140 paqonmetr beton bardürlər quraşdırılıb. Xiyabana qalxan pilləkənlərə və rəmzi abidənin önünə mərmər lövhələr düzülüb.

  • Xaçmazda “Şəhidlər Xiyabanı”
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmazda “Şəhidlər Xiyabanı”
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmazda “Şəhidlər Xiyabanı”
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmazda “Şəhidlər Xiyabanı”
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmazda “Şəhidlər Xiyabanı”
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmazda “Şəhidlər Xiyabanı”
    © Sputnik / Leyla Abdullayeva
1 / 6
© Sputnik / Leyla Abdullayeva
Xaçmazda “Şəhidlər Xiyabanı”

Ümumiyyətlə, xiyabanda 1600 kv.metrə yaxın mərmərdən istifadə edilib. Belə ki, xatirə lövhələrinin istinad divarları, qazonların ətrafı, bardürlərin üzəri və işıq dirəklərinin oturacağı yüksək keyfiyyətli mərmərlə üzlənib.

Xiyabanın yenilənməsi Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin təşəbbüsü ilə baş tutub. Bu gün Xaçmaz Şəhidlər Xiyabanı mətbuat nümayəndələrinə təqdim olunub.

Vətəndaşlar 20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində belə möhtəşəm xiyabanın istifadəyə verilməsini çox təqdirəlayiq hadisə və şəhidlərimizin ruhuna dərin hörmət rəmzi kimi dəyərləndiriblər.

Əsas mövzular